Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilir.