"Qarabağ"ın növbəti iki yoxlama oyununun başlama saatı açıqlanıb

14 Yanvar 2026 13:59 (UTC+04:00)

"Qarabağ" komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

SİA xəbər verir ki, bu barədə hazırkı ölkə çempionu məlumat yayıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.