Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü yarım metrdən çoxdur

14 Yanvar 2026 12:48 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının bir sıra rayon və kəndlərinə hazırda qar yağır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 23 santimetrdir.

Dağlıq ərazilərdə, o cümlədən 3000 metr yüksəklikdə isə qar örtüyünün qalınlığı 56 santimetr təşkil edir.