“Səbail” futbolçusunu “Karvan-Yevlax”a icarəyə verib

14 Yanvar 2026 12:19 (UTC+04:00)

“Səbail” müdafiəçisi Emin Rüstəmovu mövsümün sonuna qədər “Karvan-Yevlax” klubuna icarəyə verib.

Bu barədə SİA-ya klubdan məlumat verilib.

U-21 millinin formasının geyinən 21 yaşlı futbolçu cari mövsümdə “dənizçilər”in heyətində 12 turda 9 dəfə meydana çıxıb.