...Cənubi Koreyanın xüsusi prokurorluğu keçmiş prezident Yun Sok-yul üçün ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdinin uğursuzluğuna görə edam cəzası tələb edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Yonhap xəbər agentliyi bildirib.
Seul Mərkəzi Rayon Məhkəməsində keçirilən son dinləmədə xüsusi prokuror köməkçisi bildirib ki, keçmiş prezident Yun məhkəmə və qanunvericilik hakimiyyətini ələ keçirməklə hakimiyyətini uzun müddət qorumaq üçün hərbi vəziyyət tətbiq edib.
İttihamnamədə vurğulanır ki, “cinayət ciddidir, çünki o, yalnız milli ictimaiyyətin xeyrinə istifadə edilməli olan maddi resursları səfərbər edib”.
Yonhap-ın məlumatına görə, hökm çıxarma vəsatəti oxunarkən Cənubi Koreyanın keçmiş prezidenti “məhkəmə zalından zəifcə gülümsəyib, auditoriyadakı bəzi tərəfdarları isə ucadan söyüş söyüb”.
Dinləmə təxminən 11 saat davam edib. Məhkəmə keçmiş prezidentə 19 fevralda hökm çıxarmağı planlaşdırır.
Əli Babayev