Fransa Rusiya ilə dialoqa hazır olduğunu bildirib…

14 Yanvar 2026 11:56 (UTC+04:00)

...SİA xəbər verir ki, TASS agentliyinin Fransa diplomatik mənbəyinə istinadən verdiyi məlumata görə, Fransa Rusiya ilə dialoqa hazırdır, lakin prezidentlər Emmanuel Makron və Vladimir Putin arasında əlaqələr üzərində işləməyə hələ başlamayıb.

Mənbə bildirib ki, “…hələlik bu səviyyədə konkret söhbət planlaşdırılmır, baxmayaraq ki, heç nə istisna edilmir”.

Putin və Makron arasında son telefon danışığı 1 iyul 2025-ci ildə baş tutub. Bu, 2022-ci ilin sentyabrında başlayan uzun fasilədən sonra onların ilk söhbəti idi.

Söhbət zamanı Fransa lideri dərhal atəşkəs və barışıq elan etməyə çağırıb. Rusiya prezidenti münaqişəni Qərb siyasətinin nəticəsi elan edərək və hər hansı bir razılaşmanın "yeni ərazi reallıqlarını" nəzərə almalı və böhranın kök səbəblərini aradan qaldırmalı olduğunu vurğulayaraq cavab verib.

Bundan əvvəl "Politico" Fransa prezidentinin Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə dialoqu bərpa etmək təklifinin Aİ-də dəstək aldığını bildirmişdi.

…Əvvəllər Aİ-nin Rusiya ilə danışıqlar üçün xüsusi elçi vəzifəsi yaratmaq istədiyi bildirilirdi.

Əli Babayev