İmişlidəki heyvan bazarının fəaliyyətinə icazə verilib

14 Yanvar 2026 11:51 (UTC+04:00)

İmişli rayonunun Otuziki kəndi ərazisindəki “Muğan Aqro” MMC-yə məxsus heyvan bazarının fəaliyyətinə icazə verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.