Təbrizdə məşhur Azərbaycan futbolçusu və həyat yoldaşı qətlə yetirilib

14 Yanvar 2026 11:08 (UTC+04:00)

Cənubi Azərbaycanda hökumət əleyhinə etirazlar zamanı “Traktor” futbol komandasında çıxış edən tanınmış azərbaycanlı futbolçu Müctəba Tarşsız həyat yoldaşı ilə birlikdə Təbriz şəhərində öldürülüb.

SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Traktor”un yarımmüdafiəçisi Müctəba Tarşsız və həyat yoldaşı hökumət əleyhinə etiraz aksiyalarına qoşulub, barrikadalar yaxınlığında baş verən hadisələr zamanı həyatlarını itiriblər.