Sumqayıtda qanunsuz silah-sursat aşkar edilib.
SİA məlumat verir ki, "Sumqayıtçay" yaşayış massivi ərazisində 16 kalibirli "İJ-17" markalı qoşa lüləli ov tüfəngi tapılıb.
Bundan başqa, 18-ci məhəllə ərazisində üzərində nömrəsi silinmiş "İJ-17" markalı tək lüləli ov tüfəngi də aşkarlanıb.
Polis əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.