ANAMA ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq təşəbbüsləri müzakirə edilib

14 Yanvar 2026 10:56 (UTC+04:00)

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-dan SİA-ya verilən məlumata görə, görüşdə qonaqlara ölkəmizin üzləşdiyi mina problemi və həmin problemin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib.

Görüş zamanı Avropa İttifaqının ölkəmizdə icra edilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyi, yeni əməkdaşlıq təşəbbüsləri, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç də iştirak edib.