Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulacaq

14 Yanvar 2026 10:12 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IX tura yekun vurulacaq.

SİA xəbər verir ki, turun son oyun günündə bir matç keçiriləcək.

"Gənclər" "Murov Az Terminal"la üz-üzə gələcək.

Qarşılaşma Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.