"Xankəndi" təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:33 (UTC+04:00)

Azərbaycan II Liqa təmsilçisi "Xankəndi" futbolçusu Sərxan Ağayevlə yolları ayırıb.

SİA xəbər verir ki, bu barədə klubun mətbaut xidməti məlumat yayıb.

33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Xankəndi" turnir cədvəlində hazırda 39 xalla ikincidir.