Efiopiyada naməlum şəxslərin hücumu nəticəsində tanınmış iş adamı Ərdoğan Akbulak da daxil olmaqla iki türk turist həlak olub.
SİA-nln məlumatına görə, bu barədə Türkiyənin Əddis-Əbəbədəki səfiri Berk Baran Anadolu xəbər agentliyinə məlumat verib. Hadisə yanvarın 12-si səhər ölkənin cənub-qərbində yerləşən və il boyu turist qrupları tərəfindən məşhur olan Tum şəhərində baş verib. Digər iki türk turist hadisə yerindən xəsarət almadan uzaqlaşa bilib.
Səfir qeyd edib ki, Efiopiya hakimiyyəti Türkiyəyə başsağlığı verib və cinayətkarları tapmaq üçün araşdırma aparır.
Mətləb