Qara dənizdə neft dolu tankerlərə DRON HÜCUMU

13 Yanvar 2026 22:42 (UTC+04:00)

“Delta Harmony”, “Matilda” və “Delta Supreme” tankerləri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalından 30 mil məsafədə dronlarla hücuma məruz qalıb.

“Röyter” agentliyinin məlumatına görə, hər üç gəmi Yunanıstan şirkətləri tərəfindən idarə olunur və Rusiya sahillərindəki Xəzər konsorsiumunun dəniz terminalına gedirdi. Agentlik qeyd edir ki, hücumun arxasında duranların kimliyi hələ müəyyən edilməyib. Ukrayna şərh verməyib və CPC şərh verməkdən imtina edib.

Mətləb