Sabah Qaradağın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

13 Yanvar 2026 23:02 (UTC+04:00)

Sabah Qaradağ rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 14 yanvar saat 10:00-dan etibarən P.Abbasov küçəsinin qaz təchizatı dayandırılacaq", - məlumatda qeyd olunub.

Mətləb