“Neftçi” Asiya Çempionlar Liqasının qalibi olan komanda ilə bərabərə qaldı

13 Yanvar 2026 22:34 (UTC+04:00)

Bakının “Neftçi” klubu Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. SİA xəbər verir ki, "ağ-qaralar" bu gün Asiya Çempionlar Liqasının qalibi olan Misirin “Piramids” klubu ilə üz-üzə gəlib. “Məhəmməd bin Zayed” stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

"Pramids" hazırda Misir Premyer Liqasında 12 oyuna 27 xalla 2-ci pillədə qərarlaşıb. "Neftçi" isə 16 turdan sonra 20 xalla 8-cidir.