HƏMAS-dan qərar - yeni rəhbər seçiləcək

13 Yanvar 2026 22:16 (UTC+04:00)

HƏMAS hərəkatı yenidən rəhbər seçmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyinə təşkilatdakı iki mənbə bildirib. Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur. Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur.

Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya daxildir. Onun sələfi İsmayıl Haniyə isə 2024-cü ildə İrana səfəri zamanı İsrail tərəfindən öldürülmüşdü.

Mətləb