62 yaşında qadın hamilə qalıb...

13 Yanvar 2026 19:57 (UTC+04:00)

Çinin şimal-şərqindəki Jilin əyalətindən olan bir qadın 62 yaşında hamilə qalıb.

SİA xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat verib.

Yaşlı qadın yeganə oğlunu 2025-ci ilin yanvar ayında itirib və yenidən ana olmağa qərarlı imiş. O, körpəni süni mayalanma yolu ilə dünyaya gətirib.

Gələcək ananın bacısı Xiao Vei sosial mediada onun vəziyyətinin təfərrüatlarını müntəzəm olaraq paylaşır.

...Düşünürəm ki, körpə vaxtından əvvəl doğulacaq. O, qarnıma təpik vurmağı sevir. Hər dəfə şirniyyat yediyim zaman körpənin daha aktivləşdiyini görürəm, - deyə gələcək ana bildirib.

O, əmindir ki, şirniyyata olan daimi həvəsi oğlan uşağı dünyaya gətirəcəyini göstərir.

O, uşağın mərhum oğlunun reinkarnasiyası olduğuna inanmaq istəyir.

...Və yeri gəlmişkən, həkimlər belə gec hamiləliyin böyük riskləri barədə xəbərdarlıq edirlər. Fəsadların riski xeyli artır və təbii doğuşdan söhbət gedə bilməz.

İnternetdə fikirlər bölünüb: bəziləri bacıları tənqid edir, onların uşağı böyütməyə gücü çatıb-çatmadığını və onun çox erkən yetim qalıb-qalmayacağını soruşur, digərləri isə çətin itkidən sonra emosional dəstək almaq hüquqlarını əsas gətirərək dəstək ifadə edirlər.

...Heç kim bacımın inadkarlığını başa düşmür. Heç kim tək uşağını itirməyin ağrısını başa düşmür, - deyə Xiao Vei tənqidlərə cavab verib.

Nazlı Almuradova