Rumıniyada fahişəliyi qanuniləşdirmək istəyirlər..?

13 Yanvar 2026 18:48 (UTC+04:00)

...SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli Telex nəşrinin məlumatına görə, Rumıniya Baş nazirinin partiyasının bir neçə üzvü ölkədə fahişəliyi qanuniləşdirmək istədiklərini bildiriblər.

Müvafiq qanun layihəsi Rumıniya hökumət koalisiyasının üzvü İon İordaçe tərəfindən təqdim edilib.

Nəşrdə Rumıniya icmasının bu yeniliyi dəstəklədiyi, lakin bu yaxınlara qədər bu istiqamətdə heç bir addım atılmadığı bildirilir.

İordaçenin sözlərinə görə, məqsəd "cinsi fəaliyyəti tənzimləmək, lisenziyalaşdırmaq və nəzarət etməkdir".

O bildirib ki, "bu cür fəaliyyət Rumıniyada mövcuddur, lakin "qara zonada": sanitariya nəzarəti, hüquqi müdafiə olmadan, insan alveri şəbəkələrinin nəzarəti altında... Mən ikiüzlülüyü deyil, tənzimləməni seçdim".

Siyasətçi hesab edir ki, sağlamlığın qorunması və köləliklə mübarizə ikinci dərəcəli ola bilməz.

O əlavə edib ki, dövlət bu cür prosesləri tənzimləməli, bu sahədə tibbi müayinələr aparmalı və insan alverinə görə cəzalar tətbiq etməlidir.

Əli Babayev