Britaniyanın Rusiyaya qarşı planı Qərbdə qəzəb doğurur..?

13 Yanvar 2026 18:19 (UTC+04:00)

...Norveçli professor Qlenn Dizen X sosial şəbəkəsində (əvvəllər Twitter) Böyük Britaniyanın Qrenlandiya ilə bağlı Rusiya planını tənqid edib.

...Avropa təhlükəsizliyinin pozulmuş arxitekturası: Çin və Rusiyaya qarşı durmaq üçün Arktikanı hərbiləşdirməliyik, əks halda ABŞ Qrenlandiyanı işğal edəcək.

SİA-nın məlumatına görə, müəllif öz fikrini bölüşüb.

Ekspert ABC-nin Londonun NATO müttəfiqləri ilə iddia edilən "Rusiya və Çindən gələn təhdidlərə" qarşı durmaq üçün Arktika təhlükəsizliyini necə gücləndirə biləcəyini müzakirə etməsi barədə reportajına da belə şərh verib.

Bu arada, Telegraph qəzeti Böyük Britaniyanın ABŞ-ı Qrenlandiyanı ilhaq etməkdən çəkindirmək üçün digər Avropa ölkələri ilə Qərb hərbi-siyasi blok qüvvələrinin Qrenlandiyaya yerləşdirilməsi ilə bağlı müzakirələr apardığını bildirib.

Əli Babayev