Qadın voleybolçulardan ibarət UNEC komandası mövsümün sonunadək heyətinə oyunçu cəlb etməyəcək.
Bu barədə SİA-ya klubun prezidenti Vüqar Məmmədov məlumat verib. “Qışda komandaya yeni oyunçu almayacağıq. Hazırkı heyətdən razıyıq. Mövsümün sonunadək əlimizdəki oyunçularla yola davam edəcəyik”, - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, UNEC komandası hazırda 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.