...Ötən il Ukrayna üçün ciddi bir sınaq oldu, çünki Rusiya müharibəni öz şərtləri ilə - hərbi məğlubiyyətlə bitirməyə çalışdı.
SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskiyə istinadən məlumat verilir.
Onun sözlərinə görə, düşmən Donetsk, Luqansk və Zaporojye vilayətlərinin qalan ərazilərini, eləcə də Xerson bölgəsinin sağ sahilini ələ keçirməyə cəhd edib və Ukraynanı Qara dənizdən tamamilə ayırmaq üçün Odessaya çatmağı planlaşdırıb.
Sırski bildirib ki, “...biz düşmənin vacib irəliləyişlərinin qarşısını aldıq, onların planlarını pozduq və onların planlaşdırılan əməliyyatlarını təxirə salmağa məcbur etdik”.
Baş Komandan vurğulayıb ki, Ukrayna əsgərləri imkanlarının həddinə qədər çalışıb və Rusiya ordusuna maksimum itki veriblər. İl ərzində düşmənin qüvvələri 418 mindən çox ölü və yaralı ilə azaldılıb.
...Bu il sübut etdi ki, biz düşməni sistematik şəkildə tükəndirməyə və potensialını əhəmiyyətli dərəcədə azaltmağa qadirik. Müdafiə qüvvələri təcavüzkarın planlarını həyata keçirməsinə mane oldu, strateji mövqelərini qorudu və gələcək hərəkətlər üçün zəmin hazırladı.
Bunlar Sırskinin sözləridir.
Əli Babayev