“Səbail”dən mövsümlərarası fasilədə ilk transfer

13 Yanvar 2026 14:42 (UTC+04:00)

“Səbail” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

SİA xəbər verir ki, çempionatın birinci dövrəsini “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Doqquz nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsümdə 7 qola imza atıb.