Otuz beş il əvvəl başlanan bir yol bu gün də cəmiyyətin səsini, çağırışını daşıyır. “Səs”qəzeti illər boyu milli maraqlara sədaqəti, obyektiv mövqeyi və peşəkar publisistikası ilə oxucu etimadını qazanıb,ölkənin ictimai-siyasi həyatında özünə məxsus məktəb yaradıb. Bu illər ərzində ‘Səs” qəzeti təkcə informasiya mənbəyi deyil, həmçinin prinsipiallığın sözə məsuliyyətin ünvanı olub.
Əminik ki, “Səs” qəzeti müasir media mühitinin çağırışlarına uyğunlaşaraq, rəqəmsal dövrdə də öz sanbalını və nüfuzunu qoruyub saxlayır. Yenilənən üslub, operativlik və analitik yanaşma qəzetin ənənəvi dəyərlərini tamamlayaraq onu yeni nəsil oxucular üçün də cəlbedici edir. Bu, peşəkarlıqla yanaşı milli mətbuat missiyasına sadiqliyin bariz nümunəsidir.
Bu yubiley həm də ötən yolun dəyərləndirilməsi gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından əlamətdardır. İnanırıq ki,”Səs” qəzeti bundan sonra da Azərbaycan jurnalistikasının inkişafına töhvə verəcək,sözün gücünü və məsuliyyətini layiqncə daşıyacaq. 35 illik tarix yeni uğurların, yeni sözün və yeni zirvələrin başlanğıcı olsun.
Ümumilli lider Heydər Əliyev “Səs” qəzetinin fəaliyyətini Azərbaycan mətbuatında milli maraqlara söykənən, dövlətçilik ideyalarına xidmət edən, mühüm informasiya tribunasın nümunəsi kimi dəyərləndirmişdir. Onun mətbuata xüsusilə də prinsipial mövqeyi ilə seçilən media orqanlarına gəstərdiyi diqqət və qayğı “Səs” qəzetindən də yan keçməmiş, qəzetin yaradıcı heyəti müxtəlif vaxtlarda dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Bu,“Səs” qəzetinin ictimai-siyasi proseslərdə roluna verilən dəyərin göstəricisi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatın inkişafına xüsusi önəm verir, “Səs” qəzetinin fəaliyyətini daim diqqətdə saxlayır. Qəzetin əməkdaşları jurnalistika sahəsində səmərəli fəaliyyətlərinə görə fəxri adlara, orden və medallara, eləcə də Prezident mükafatlarına layiq görülmüşdür. Bu təltiflər “Səs” qəzetinin35 illik fəaliyyətinin dövlətçilik prinsiplərinə, peşəkarlığa və sözə, məsuliyyətə söykəndiyinin rəsmi təsdiqi kimi dəyərləndirilir.
“Səs” qəzetinin bu günə qədər qazandığı uğurlarda baş redaktor Bəhruz Quliyevin əməyi və xidməti müstəsna yer tutur. Onun peşəkar rəhbərliyi, prinsipial mövqeyi və məsuliyyətli redaksiya siyasəti qəzetin ictimai nüfuzunun formalaşmasında həlledici rol oynayb. B.Quliyev söz azadlığına obyektivliyə və milli maraqlara söykənən jurnalistika xəttinin qorunmasna daim önəm verir. Həmçinin, gənc jurnalistlərin yetişdirilməsi yaradıcı mühitin formalaşdırılması və redaksiyada komanda ruhunun möhkəmləndirilməsi də onun xidmətləri sırasındadır.Məhz bu ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində ”Səs” qəzeti 35 il ərzində öz dəst-xəttini qoruyub saxlamış, Azərbaycan mətbuatında layiqli mövqeyini möhkəmləndirmişdir.
35 illik yubiley münasibətilə qəzetin yaradıcı kollektivini təbrik edir, qələm sahiblərinə yeni uğurlar, oxucularına isə daim dolğun və etibarlı söz arzulayıram. Qoy ”Səs”in səsi bundan sonra da uca, təsirli və davamlı olsun.
Qloballaşma və Milli Həmrəylik İB-nin sədri Həsən Qarayev