Jirinovskinin İran haqqında proqnozu tapılıb...

13 Yanvar 2026 12:09 (UTC+04:00)

LDPR-in qurucusu Vladimir Jirinovskinin İran haqqında peyğəmbərliklərinin görüntüləri peyda olub.

SİA-nın məlumatına görə, bununla bağlı video rusiyalı jurnalist Ruslan Ostaşkonun Telegram kanalında yayımlanıb.

...Yayımladığı görüntülərdə siyasətçi Amerika gəmilərinin İrana hücum edəcəyini, bundan sonra Rusiya və ABŞ-ın dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını bildirir. Jirinovski iddia edirdi ki, İslam Respublikasına hücumdan sonra dünya milyonlarla qaçqınla qarşılaşacaq və sonra ABŞ və Rusiya prezidentləri vəziyyəti normallaşdırmaq üçün Soçidə danışıqlar aparacaqlar.

Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən başladı. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirdi, o cümlədən polis tərəfindən göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edildi.

Ən böyük nümayişlər Tehranda baş tutdu.

Associated Press-in məlumatına görə, etirazlar zamanı 544 nəfər ölümcül xəsarət alıb. ABŞ bildirib ki, hərbi əməliyyatlarla yanaşı, İrana qarşı hərəkət variantları kimi kiber əməliyyatlar və psixoloji kampaniyaları da nəzərdən keçirir.

Əli Babayev