Biləsuvarda zəlzələ olub

13 Yanvar 2026 11:15 (UTC+04:00)

Biləsuvar rayonunda 3.4 maqnitudalı zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 10:53-də yerin 21 kilometr dərinliyində qeydə alınıb.