Türkiyədə avtobus TIR-a çırpılıb, yaralananlar var

13 Yanvar 2026 02:01 (UTC+04:00)

Türkiyədə ağır yol qəzası baş verib. Türkiyə mediasının yazdığına görə, Tokat-Sivas şosesində sərnişin avtobusu idarəetmədən çıxaraq TIR-a çırpılıb. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Əraziyə təcili tibb yardım, polis, jandarm cəlb olunub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qeyd edilir ki, ərazidə pis hava şəraiti mövcuddur.

Mətləb