…Avropa Parlamenti İran diplomatlarının binalarına girişini qadağan edib.
SİA xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola məlumat verib.
…Bu gün mən bütün diplomatik heyətin və İranın digər nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına girişini qadağan etmək qərarına gəldim, - deyə o, sosial mediada yazıb.
Bu qərar İrandakı qeyri-sabit daxili siyasi vəziyyət və kütləvi iğtişaşlarla əlaqədardır.
Daha əvvəl İran Xarici İşlər Nazirliyi nümayişçilərin xaricdən təlimat aldığını bildirmişdi.
Əvvəllər İranda etirazçılarla toqquşmalarda 38 hüquq-mühafizə orqanı əməkdaşının öldürüldüyü bildirilirdi. Etirazlar 28 dekabrda Tehranın mərkəzi bazarında rialın dollar başına 817.500-dən 1,4-1,5 milyon riala qədər kəskin şəkildə düşməsi səbəbindən küçələrə çıxan tacirlərin mitinqi ilə başlayıb.
Əli Babayev