SİA-nın məlumatına görə, Axios mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidentinin elçisi Stiven Vitkoff və İran xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasındakı iğtişaşları və həftəsonu görüş ehtimalını müzakirə ediblər.
Nəşrin məlumatına görə, Əraqçi həftəsonu ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi güc tətbiq etmək təhdidləri fonunda Vitkoffla əlaqə saxlayıb.
Onlar "yaxın günlərdə görüş keçirmək ehtimalını müzakirə ediblər".
Mənbələrə görə, "bu əlaqə, görünür, İranın ABŞ ilə gərginliyin azaldılmasını təmin etmək cəhdi idi".
Mənbələr Vitkoff və Əraqçinin telefonla danışıb-danışmadığını və ya SMS mübadiləsi aparıb-apaşmadığını dəqiqləşdirməyiblər.
Əli Babayev