Tramp bu xanım prezidentlə narkotika qaçaqmalçılığını müzakirə etdi

12 Yanvar 2026 22:12 (UTC+04:00)

Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı həmkarı Donald Tramp ilə məhsuldar telefon danışığı apardığını bildirib. SİA xəbər verir ki, o bu barədə "X"də yazıb.

SİTAT: "ABŞ Prezidenti Donald Tramp ilə çox yaxşı söhbətimiz oldu. Müxtəlif mövzuları, o cümlədən suverenliyimizə hörmətlə yanaşmaqla təhlükəsizlik məsələlərini, narkotik qaçaqmalçılığının azaldılmasını, ticarət və investisiyaları müzakirə etdik. Qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət həmişə nəticə verir", – paylaşımda qeyd olunub.

Mətləb