Yanvarın 13-də Bakıda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.
Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.