...Belarusda prezidentin qaçırılması ilə bağlı Venesuela ssenarisi mümkün deyil.
SİA xəbər verir ki, BelTA-nın məlumatına görə, bunu Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
...Heç bir xəbərdarlıq atəşi almadan belə, helikopterlərin xarici dövlətin ərazisindən bu qədər həyasızcasına və təhlükəsiz şəkildə uçması bizim ərazimizdə mümkün deyil. Çünki forma geyinmiş insanlar xəyanətə qadir deyillər.
Volfoviç deyib bunu.
Onun sözlərinə görə, ABŞ tərəfindən Venesuelada prezident Nikolas Maduronun qaçırılması ölkə liderinə və mövcud hökumətə qarşı xəyanət aktı təşkil edir.
...Bundan əvvəl Belarus prezidenti Lukaşenko ölkədə Venesuela ssenarisinin real olmadığını bildirmişdi. O, xatırladıb ki, Belarus Təhlükəsizlik Şurası "prezident olmadığı" təqdirdə vəzifələr təyin edib.
Əli Babayev