Paytaxtın Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun A. M. Şərifzadə küçəsindəki mənzillərin birinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oraya daxil olub, ev sahibinin 147 manatını talayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı M. Əzimov müəyyən edilərək saxlanılıb.
Rayon sakini polisə müraciət edərək ona məxsus “Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusunun və monitorun oğurlandığını bildirib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı E. Hacıyev müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.