Azərbaycan ilə ABŞ data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığı müzakirə edib

12 Yanvar 2026 17:28 (UTC+04:00)

Azərbaycan ilə ABŞ arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ilə Azərbaycanda səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti arasındakı görüşdə aparılıb.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub.