"Qəbələ"dən ayrılan futbolçu I Liqa klubuna transfer olunub

12 Yanvar 2026 17:24 (UTC+04:00)

Azərbaycan I Liqa təmsilçisi "Baku Sportinq" Premyer Liqa təmsilçisi "Qəbələ"dən ayrılan hücumçu Elşad Tağıyevi transfer edib.

SİA xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, E.Tağıyev son olaraq "Qəbələ"də çıxış edib.