“Səs” qəzeti 35 illik yubileyini kollektiv şəkildə qeyd edib - FOTO

12 Yanvar 2026 16:24 (UTC+04:00)

Bu gün Azərbaycanın aparıcı media orqanlarından biri olan “Səs” qəzetinin 35 illiyi münasibətilə redaksiya kollektivinin iştirakı ilə yubiley tədbiri keçirilib.

SİA xəbər verir ki, tədbirdə qəzetin keçdiyi tarixi yol, mətbuatdakı rolu və gələcək hədəfləri müzakirə olunub.

Yubiley mərasimində çıxış edən baş redaktor Bəhruz Quliyev qəzetin 1991-ci ildən bu günə qədər daim milli dəyərlərə sadiq, obyektiv və ictimai maraqları ön planda tutan bir media orqanı kimi fəaliyyət göstərdiyini vurğulayıb. O, “Səs” qəzetinin müstəqil medianın formalaşmasında və cəmiyyətin maariflənməsində əvəzsiz rolu olduğunu bildirib.

Qeyd edək ki, “Səs” qəzeti bu müddət ərzində yalnız çap mətbuatı ilə kifayətlənməyərək, rəqəmsal mediada da öncül mövqe tutaraq Səs Media Qrupu kimi fəaliyyətini genişləndirib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev şuranın “Səs” qəzetinə təbrik diplomunu təqdim edib.

Yubiley tədbiri dostluq və kollektiv ruhu əks etdirən yığıncaq və xatirə şəkilləri ilə başa çatıb.