"Kəpəz" qış fasiləsində daha iki futbolçusu ilə vidalaşacaq

12 Yanvar 2026 16:06 (UTC+04:00)

"Kəpəz" qış fasiləsində daha iki futbolçusu ilə yollarını ayıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, Gəncə kollektivi Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Raul Məmmədov və hücumçu Şahmar Aşurovla vidalaşacaq.

"Sarı-göylər"in baş məşqçsisi Azər Bağırov hər iki futbolçudan özlərinə klub tapmalarını istəyib.

Məmmədov ötən ilin avqust, Aşurov isə oktyabrında qərb təmsilçisinin düşərgəsinə qoşulub.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi.