Azərbaycan çempionatında zədələnən olimpiya mükafatçısı tibbi müayinədən keçəcək

12 Yanvar 2026 15:05 (UTC+04:00)

Azərbaycanın olimpiya mükafatçısı olan yunan-Roma güləşçisi Giorgi Meşvildişvili (125 kq) Azərbaycan çempionatında zədələndiyi üçün tibbi müayinədən keçəcək.

Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

33 yaşlı idmançı tibbi müayinədən keçəcək. Daha sonra onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.

Qeyd edək ki, Giorgi Meşvildişvili zədələndiyi üçün Azərbaycan çempionatında Yusif Dursunov ilə final görüşünə çıxmayıb. O, Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.