"Cənubi Qafqazda və Orta Asiyada ABŞ‑nin imkanları daha da artacaq" - ŞƏRH EDİLDİ

12 Yanvar 2026 13:56 (UTC+04:00)

"Son illər, xüsusilə də Rusya–Ukrayna müharibəsi başlayandan sonra dünyanın yenidən bölünməsi, süper dövlətlər arasında yenidən bir güc bölüşdürülməsi məsələsi gündəmə gəlib. Bu mənada da Rusiya–Ukrayna müharibəsi göstərdi ki, Rusiya dünyanın ikinci super gücü deyil və Rusiya üst‑üstə korrupsiyalaşmış bir ölkədir və ciddi hərbi gücü yoxdur. Əslində, artıq dörd ildir davam edən Rusiya–Ukrayna müharibəsində Rusiyanın əsasən yalnız 20% ərazini nəzarətdə saxlaya bildiyi müşahidə olunur və bu da mühüm etimad təsiri sayəsindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ dünyada ən super güc kimi öz dövlət maraqlarını, milli maraqlarını qabartmağa çalışır: "Venezuela məsələsində ABŞ‑ın müdaxiləsi və hazırda Kaliforniya, Meksika, Kuba və yaxın gələcəkdə Qrilelandiyaya aid məsələnin həll edilməsi istəyi kimi proseslər də bunun göstəricisidir.
ABŞ prezidenti Donald Tramp öz siyasətini, yəni beynəlxalq hüquq səviyyəsində, qanunlardan kənar, öz dövlət maraqlarını prioritetləşdirən qaydada aparır. Bu mənada həm Avropa Asiya, həm Yaxın Şərq, həm Kafkasya regionu, həm də Orta Asiyada ciddi fəaliyyətlər həyata keçirir. Trampın dəstəyi ilə Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında 30 ildən artıq davam edən müharibəyə Tramp rəhbərliyi və dəstəyi ilə son qoyuldu. 2025‑ci ilin Vaşinqton razılaşmasında bu proses ciddi şəkildə irəli aparıldı, prosesdə ciddi müzakirələr və qarşlıqlı strateji addımlar görüldü. ABŞ bu marşrutla bağlı qərarlar qəbul etdi və regionda sülhün əldə olunması üçün müəyyən maliyyə dəstəyi ayrıldı.

ABŞ‑ın regiondakı fəaliyyəti həm Cənubi Qafqazda, həm də daha geniş ərazilərdə öz maraqlarını gücləndirmək məqsədi daşıyır. Mən hesab edirəm ki, ABŞ‑ın bu cəhdləri həm də regionda sülhün təmin edilməsinə xidmət edir.
Bu nöqteyi‑nəzərdən düşünürəm ki, 2026‑cı ildə də, xüsusilə Cənubi Qafqazda ABŞ öz mövqelərini daha da gücləndirəcək və işlərini davam etdirəcək, çünki onlar bu zonanın öz milli maraqlarına xidmət edəcəyini düşünürlər. Və Cənubi Qafqazdan Yaxın Şərqə təsir göstərmək üçün ABŞ daha çox cəhd göstərəcək. Əvvəllər ABŞ‑ın Ermənistana daxil olması İran üçün “qırmızı xətt” hesab olunurdu, amma bu gün İran rəsmiləri Vaşinqtonun təsiri ilə bağlı müəyyən fikirlər səsləndirsələr də, öncəki kimi kəskin reaksiya görmürük. Bu mənada artıq ABŞ‑ın dünya siyasi gündəmini dəyişdirən bir supergüc kimi, beynəlxalq hüquq normalarını bir sıra hallarda nəzərə almadan fəaliyyət göstərən Tramp administrasiyası Cənubi Qafqazda və digər bölgələrdə də fəaliyyətini artıracaq. Çünki əgər ABŞ geri çəkilərsə, o zaman digər qüvvələr güclənməyə çalışar və bu da ABŞ‑ın dövlət maraqlarına uyğun deyil. Ona görə də hesab edirəm ki, 2026‑cı ildə və sonrakı illərdə də, Trampın hakimiyyəti dövründə Cənubi Qafqazda və Orta Asiyada ABŞ‑ın imkanları daha da artacaqdır".