AÇG və “Şahdəniz” yataqlarından ixrac edilən qaz 190 milyard kubmetri ötüb

12 Yanvar 2026 13:07 (UTC+04:00)

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. Bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 3,09 faiz və 9 faiz çoxdur.

Energetika Nazirliyindən SİA-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft (3,07 faiz artım), 191,2 milyard kubmetr qaz (12,8 faiz artım) ixrac edilib.