Ötən ildə 54 mindən çox şəxsə əlillik təyin olunub

12 Yanvar 2026 10:51 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanda 54,5 min şəxsə əlillik təyin edilib.

SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, onlardan 25,3 min şəxsə ilkin, 29,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.