Təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib

12 Yanvar 2026 10:38 (UTC+04:00)

Qanunvericiliyin tələblərinə əsasən, piyadalar avtomobil yolunun hərəkət hissəsini və küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, profilaktik tədbirlər nəticəsində yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyada müəyyən olunub və onunla maarifləndirici söhbətlər aparılıb.

“Bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur”, - deyə məlumatda bildirilir.