Tovuzda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var

12 Yanvar 2026 01:38 (UTC+04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtobus VAZ-2106 markalı avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtobusun sərnişinləri arasında xəsarət alan yoxdur. Sərnişinlər digər avtobus vasitəsilə yollarına davam ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.