Almaniya Kanslerinin Dehliyə səfəri başlayıb

12 Yanvar 2026 00:05 (UTC+04:00)

Almaniya Kansleri Fridrix Merts Hindistana rəsmi səfərə yola düşüb. SİA-nın məlumatına görə, yanvarın 13-dək davam edəcək səfər çərçivəsində Əhmədabad şəhərində Kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulub. Sonra Fridrix Merts Banqalora səfər edəcək və orada, həmçinin alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Mətləb Salahov