Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlandı

11 Yanvar 2026 22:02 (UTC+04:00)

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə mediaya Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Xatırladaq ki, hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Mətləb