Sabahın havası Abşeronda meteohəssas insanlarda narahatlıq yaradacaq

11 Yanvar 2026 14:36 (UTC+04:00)

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Məlumata əsasən, yanvarın 12-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.