Naxçıvan şəhərində qatı duman müşahidə olunur

11 Yanvar 2026 12:16 (UTC+04:00)

Naxçıvan şəhərində səhər saatlarından qatı duman müşahidə olunur.

SİA-nın yerli bürosu xəbər verir ki, duman görmə məsafəsini məhdudlaşdırdığı üçün avtomobil və piyadaların hərəkətində çətinliklər yaradır.

Mövcud hava şəraiti yol hərəkəti iştirakçıları üçün gediş-gəliş zamanı nişanlara uyğun daha diqqətli və məsuliyyətli olmağı zəruri edir.