Azərbaycan Premyer Liqasının lideri bu gün yoxlama oyunu keçirəcək​

11 Yanvar 2026 12:14 (UTC+04:00)

Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

SİA-nın məlumatına görə, matç "Bank Respublika Arena"da keçiriləcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.