"Arsenal" bu futbolçulara yeni müqavilə təklif edir

10 Yanvar 2026 20:19 (UTC+04:00)

London "Arsenal"ı 5 futbolçusu ilə müqaviləsini uzatmaq niyyətindədir. İngilis "The Times" nəşrinin xəbərində deyilir ki, "topçular" müdafiəçi Jurrien Timber ilə müqavilə bağlamağa yaxındır. Həmçinin qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Odiqaard, eyni zamanda hücumçu Kai Havertz ilə danışıqlar aparmağı planlaşdırır. Yuxarıda sadalanan bütün oyunçuların London təmsilçisi ilə 2028-ci ilin yayına qədər hazırkı müqavilələri var.

Mətləb