Ukrayna Rusiyanın neft və dron anbarlarına hücum edib

10 Yanvar 2026 20:04 (UTC+04:00)

Ukrayna növbəti dəfə Rusiyaya hücum edib. Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki bir neçə hədəfə zərbə endirib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında məlumat yayımlanıb.

Bildirilib ki, Rusiya ordusunun hücum imkanlarını azaltmaq tədbirləri çərçivəsində yanvarın 9-dan 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin “Jutovskaya” neft anbarına zərbə endirib. Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib.

Mətləb